Kiyev və Tbilisi arasında növbəti qalmaqal - Ukrayna kəşfiyyatı sirləri açdı

Kiyev və Tbilisi arasında növbəti qalmaqal - Ukrayna kəşfiyyatı sirləri açdı

Hazırda oxunan: Kiyev və Tbilisi arasında növbəti qalmaqal - Ukrayna kəşfiyyatı sirləri açdı

67938

Ruslar sanksiyaya məruz qalan məhsulların (o cümlədən hərbə aid avadanlıqların) Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Tbilisinin siyasi rəhbərliyinin razılığı ilə kanal yaradırlar.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar Rusiya Federasiyası geniş çeşiddə hərbi, ikili təyinatlı və mülki malların tədarükü imkanını itirib. Rusiya agentləri sanksiyalardan yan keçmək üçün, xüsusən də Gürcüstan ərazisindən keçən qaçaqmalçılıq kanalları yaradırlar.
Eyni zamanda, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələrinə ölkənin siyasi rəhbərliyi tərəfindən qaçaqmalçıların fəaliyyətinə mane olmamaq tapşırılıb”, - deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.

Kəşfiyyatçıların fikrincə, bu gün Rusiya Federasiyasına hərbi malların tədarükü üçün daha bir kanal - Şərqi Asiyadır.
Onun vasitəsilə Rusiya Federasiyasına avadanlıq, elektronika və optik alətlər üçün ehtiyat hissələri verilir.

Həmçinin bildirilir ki, hazırda Gürcüstan və Rusiya Federasiyası arasında hava hərəkətinin bərpası imkanları nəzərdən keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO