Aİ Rusiyaya yeni sanksiyaları müzakirə edəcək

Aİ Rusiyaya yeni sanksiyaları müzakirə edəcək

Hazırda oxunan: Aİ Rusiyaya yeni sanksiyaları müzakirə edəcək

67862

Buça və Kiyev yaxınlığındakı digər şəhərlərdə rusların dinc sakinləri dəhşətli şəkildə qətlə yetirməsi ilə bağlı mediada yayımlanan görüntülərdən sonra Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb . 

Bildirilib ki, Aİ üzvlərinin çərşənbə günü yeni məhdudiyyətlər paketini müzakirə edəcəyi gözlənilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Avstraliya 33 rusiyalı iş adamı və onların ailələrinə qarşı sanksiya tətbiq etdi


Mövcud sanksiyalar paketində 7 Rusiya bankına SWIFT qadağası, əsas texnologiyaların ixracının qarşısının alınması, Rusiya aviaşirkətləri üçün hava məkanının bağlanması və Putinin özü də daxil olmaqla yüzlərlə rusiyalı oliqarx və məmurun aktivlərinin dondurulması yer alıb. 

Bəzi Aİ üzvlərinin təklif etdiyi gələcək məhdudiyyətlərə daha çox xüsusi hazırlanmış sanksiyalar, Rusiya gəmilərinin Aİ limanlarından istifadəsinə qadağa, əlavə ixrac məhdudiyyətləri və Ukraynanın uzun müddətdir irəli sürdüyü enerji təchizatına (kömür, neft, qaz) embarqo daxildir.

Xatırladaq ki, rus ordusu Buça rayonundan geri çəkilərkən mülki əhaliyə qarşı qətliam törədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO