Yəməndə atəşkəs qüvvəyə mindi

Yəməndə atəşkəs qüvvəyə mindi

Hazırda oxunan: Yəməndə atəşkəs qüvvəyə mindi

67697

Yəməndə 8 il davam edən münaqişədən sonra müvəqqəti atəşkəs qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, atəşkəs ötən gün yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 20.00) başlayıb.

BMT-nin ölkə üzrə nümayəndəsi Hans Qrundberq bildirib ki, husilər BMT-nin və ərəb koalisiyasının müvafiq təklifinə müsbət cavab veriblər.

Tərəflər bütün yerüstü, hava və dəniz əməliyyatlarını dayandırmaq barədə razılığa gəliblər.

Ramazan ayı üçün nəzərdə tutulmuş atəşkəs razılığının yenilənə biləcəyəyi də razılaşmada yer alır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO