Depardyenin Rusiya vətəndaşlığı ləğv oluna bilər – Bu ifadələrinə görə 

Depardyenin Rusiya vətəndaşlığı ləğv oluna bilər – Bu ifadələrinə görə 

Hazırda oxunan: Depardyenin Rusiya vətəndaşlığı ləğv oluna bilər – Bu ifadələrinə görə 

67535

Məşhur fransız aktyor Jerar Depardyenin Ukraynadakı hərbi əməliyyatlara qarşı işlətdiyi ifadələr müzakirələrə səbəb olub. 

Bizim.Media "Le Figaro"ya istinadən xəbər verir ki, aktyor Parisdəki üç konsertinin bilet satışından əldə etdiyi bütün vəsaiti ukraynadan olan müharibə qurbanları üçün bağışlayıb.

Bundan başqa, o, "Rusiya xalqı öz liderlərinin qəbuledilməz hərəkətlərinə görə məsuliyyət daşımır" ifadəsini səsləndirib. 

Mövzu ilə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə açıqlama verib. 

“Orada prezidentin adı çəkilir, güman edirəm ki, Depardye nə baş verdiyini tam başa düşmür, çünki siyasi gündəmə tam hakim deyil. O, 2014-cü ildə Ukraynada baş verənləri anlamır, Minsk razılaşmalarının nə olduğunu, Donetsk və Luqanskın nə olduğunu başa düşmür.

O, dinc sakinlərin bombalanmasının nə demək olduğunu, millətçi ünsürləri bilmir. Lazım gələrsə, daha yaxşı anlaması üçün bütün bunları ona izah etməyə hazırıq”. 
Bundan başqa Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev hesab edir ki, fransalı aktyor sonuncu açıqlamasına görə vətəndaşlıqdan məhrum edilməli, ona bağışlanan Saransk və Qroznıdakı mənzillər geri alınaraq kimsəsiz uşaqlara verilməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO