"Rusiya qoşunları Belarus sərhədinə doğru çıxarılır" – Ukrayna MN 

Hazırda oxunan: "Rusiya qoşunları Belarus sərhədinə doğru çıxarılır" – Ukrayna MN 

67424

Rusiya hərbçiləri Kiyev vilayətinin şimalından Belarus sərhədinə doğru çıxarılır. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya nazirliyi “Facebook”da məlumat paylaşıb. 

“Rusiya hərbçiləri talan edilmiş əmlakı ölkədən çıxarırlar. Həmçinin onlar dinc əhalinin təxliyəsinə maneə yaradır, yerli sakinlərin evlərindən şəxsi heyətin yerləşməsi üçün istifadə edir, vətəndaşlarımızı girov götürürlər.

Soyğunçuluq və zorakılıq davam edir. Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdə yerli sakinlərə mal və xidmət ödənişlərini rublla ödəməsi məcbur edilir” – deyə məlumatda qeyd edilib. 
Həmçinin bildirilib ki, son sutkada Rusiyanın 3 tankı, 2 zirehli maşını, 2 artilleriya sistemi və daha 10 PUA məhv edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO