Güclü maqnit qasırğası gözlənilir

Güclü maqnit qasırğası gözlənilir

Hazırda oxunan: Güclü maqnit qasırğası gözlənilir

67210

Martın 28-də Günəşdə baş verən tac kütlə atılmasının geoeffektivliyi (CME - Coronal Mass Ejection) səbəbindən 30 mart-1 aprel tarixlərində Yerin geomaqnit sahəsində kifayət qədər güclü həyəcanlanma baş verəcək.

Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bunun nəticəsində göstərilən tarixlərdə maqnit qasırğası gözlənilir. Martın 29-da Günəşin səthində çoxsaylı M və C siniflərindən olan alışmalar baş verib. Baş verən alışmalar da maqnit qasırğasının güclənməsinə səbəb olacaq.
Hazırda Günəş küləyi parametrləri tac dəliklərindən çıxan yüksək sürətli axınların (CH HSS - Coronal Hole High Speed Stream) təsiri və martın 25-də baş vermiş tac kütlə atılması nəticəsində güclü səviyyədə qalmaqdadır. Martın 30-u səhər saatlarında geomaqnit sahə sakit olub.

Martın 28-də baş vermiş tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 30-da günün sonunda sakit şərait G1 səviyyəli (zəif-mülayim) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şəraitlə əvəzlənəcək. Martın 31-də günün əvvəlində maqnit qasırğası G3, bəzi saatlarda isə G4 səviyyəsinə yüksələcək.

Tac kütlə atılmasının təsiri aprelin 1-də azalacağından geomaqnit şərait G2 səviyyəli maqnit qasırğası ilə əvəzlənəcək.

Qeyd edək ki, maqnit qasırğalı kosmik hava şəraiti ilk növbədə xüsusi risk qrupuna daxil olan insanlara təsir edir. Ürək-qan damar və digər xroniki xəstəlikləri olan insanlar, qismən də ahıllar və azyaşlılar daha çox diskomfort hiss edirlər. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO