ABŞ-dan İrana

ABŞ-dan İrana "RAKET ZƏRBƏSİ" - SİYAHIYA ƏLAVƏ EDİLDİ

Hazırda oxunan: ABŞ-dan İrana "RAKET ZƏRBƏSİ" - SİYAHIYA ƏLAVƏ EDİLDİ

67190

ABŞ-ın Maliyyə Nazirliyinə tabe olan Xarici Əmlaka Nəzarət İdarəsi İranın raket proqramının inkişafına kömək edən bir neçə fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib. 

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, onlardan biri Məhəmmədəli Hüseyni adlı iş adamı və ona aid şirkətlərdir.

Məhəmmədəli Hüseyni İranın raket proqramının gücləndirilməsi üçün bu ölkəyə ballistik raket hissələrinin alınaraq çatdırılmasını təmin edib.

Raket hissələri "Sepah"ın Özünü Təmin və Təhqiqat Təşkilatına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO