Ərdoğan sayəsində Rusiya ilə danışıqlar dalandan çıxa bildi – Ukraynalı diplomat

Ərdoğan sayəsində Rusiya ilə danışıqlar dalandan çıxa bildi – Ukraynalı diplomat

Hazırda oxunan: Ərdoğan sayəsində Rusiya ilə danışıqlar dalandan çıxa bildi – Ukraynalı diplomat

67066

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqlarda dalandan çıxa biliblər.

Bizim.Media Ukrinform-a istinadən xəbər verir ki, bunu telemarafon zamanı Ukrayna tərəfi ilə danışıqlar prosesinin iştirakçısı olan diplomat Aleksandr Çalıy deyib.

"Prezident Ərdoğana hörmətlə yanaşmalıyıq. Çünki şənbə günü çox çətin oldu, danışıqlar tamamilə dalana dirənmişdi. Mən gözləyirdim ki, gələn həftə heç nəyə nail ola bilməyəcəyik".

Diplomatın sözlərinə görə, Ərdoğanın sayəsində tərəflər İstanbulda toplaşmaq və nümayəndə heyətlərinin başçıları səviyyəsində müəyyən razılaşmalar əldə etmək imkanı əldə etdilər:

“Bu da texniki səviyyədə danışıqlar aparan tərəflərə söhbəti davam etdirmək imkanı verdi”.

Çalıy onu da qeyd edib ki, qarşıda “çox çətin mövzular” qalıb:

“Lakin bizim müəyyən təlimatlarımız var ki, onlar bizə texniki səviyyədə bəzi razılaşmalar əldə etməyə imkan verəcək,  dövlət səviyyəsində (prezidentlər nəzərdə tutulur) görüş imkanları açacaq. Bu, bizə daha sonra hərəkət etməyə imkan yaradır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO