Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərindəki görüşü başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, danışıqlar 3 saat çəkib.
10.44***
Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşün keçirildiyi məkana gəlib tərəflərə uğurlar arzulayıb.
*** 10:16
Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşü keçiriləcək.
Bizim.Media xəbər verir ki, görüş ötən günə düşünülsə də, bu günə ertələnib.
Qeyd edək ki, Ukrayna heyətinin nümayəndəsi David Araxamiya bu barədə açıqlama verərək görüşün logistik çətinliklərə görə gecikdiyini bildirib.
Bizim.Media