Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Türkiyəyə gətirildi - FOTO

Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Türkiyəyə gətirildi - FOTO

Hazırda oxunan: Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Türkiyəyə gətirildi - FOTO

66620

Ukraynadan Türkiyəyə təxliyə edilən kimsəsiz uşaqlardan ibarət ilk qrup Antalyaya gəlib.

Bizim.Media xəbər verir ki, hava limanında uşaqları Ukraynanın səfiri Vasil Bodnar, onun həyat yoldaşı Katerina Bodnar və bu ölkənin Antalyadakı baş konsulu Emir Rüstəmov qarşılayıblar.

Uşaqların təxliyəsi ilə bağlı jurnalistlərə müsahibə verən səfir, yaradılan bu imkana görə, ilk növbədə, Türkiyə dövlətinə minnətdarlığını ifadə edib.

İlkin mərhələdə Ukraynadan təxliyə edilən kimsəsiz uşaqların Polşaya aparıldığını və oradan Türkiyəyə gətirildiyini deyən səfir ilk qrupa 159-u uşaq, 26-sı onların baxıcıları olmaqla, ümumilikdə 185 nəfərin daxil olduğunu bildirib.

V.Bodnar ikinci qrupu da gözlədiklərini və ümumilikdə iki minədək kimsəsiz uşağı müvəqqəti himayələrinə götürə biləcəklərini deyib.

Əvvəlcə otellərə yerləşdirilən uşaqlar sonradan onlar üçün ayrılmış xüsusi yerlərə köçürüləcək.

Uşaqların Antalyaya gətirilməsinə və onların qayğısına qalınmasına Türkiyə dövləti ilə yanaşı, bir sıra ukraynalı iş adamları da kömək göstərirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO