Şon Pennin ŞƏRTİ: “Zelenskiyə söz verilməsə, “Oskar”ı boykot edəcəm” - VİDEO

Şon Pennin ŞƏRTİ: “Zelenskiyə söz verilməsə, “Oskar”ı boykot edəcəm” - VİDEO

Hazırda oxunan: Şon Pennin ŞƏRTİ: “Zelenskiyə söz verilməsə, “Oskar”ı boykot edəcəm” - VİDEO

66614

Rusiyanın başladığı müharibədə Ukraynanın qələbə çalacağına inanan amerikalı rejissor və aktyor Şon Penn Ukrayna prezidenti Vladimir Zelenskiyə “Oskar” kino festivalının mükafatlandırma mərasimində çıxış etmək imkanı vermək istəyi ilə Kino Sənəti və Elmləri Akademiyasına müraciət edib.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, əks halda, Akademiya bundan imtina edərsə, Şon mərasimi boykot edəcəyi ilə hədələyib. 

O, ziyarətçiləri də eyni şeyi etməyə təşviq edib. Və 2008-ci ildə "Süd" filmindəki roluna görə aldığı heykəlcikdən də (statuetka) qurtulacağına söz verib.

"Dua edirəm ki, bu, baş verməsin. Belə olsa, hamı zalı tərk edəcək”, - deyə rejissor CNN-ə müsahibəsində bildirib.

Penn həmçinin qeyd edib ki, Zelenskinin dünyaya deyəcək sözü var: “Üstəlik, o, uğurla filmlər çəkib, hətta özü də müəyyən rollar oynayıb”.

Xatırladaq ki, bir müddət əvvəl “Oskar”ın bu il baş tutacaq tədbirində aparıcısı olacaq amerikalı komediya aktyoru Emmi Şumer Ukrayna prezidenti Vladimir Zelenskini mükafatlandırma mərasimində iştirak etməyə dəvət etmişdi. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO