\

\"Formula 1\" yarışının keçirildiyi məkan raketlə vuruldu - VİDEO

Hazırda oxunan: \"Formula 1\" yarışının keçirildiyi məkan raketlə vuruldu - VİDEO

66452

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Formula 1 yarışının keçirildiyi məkan bir neçə dəqiqə əvvəl "Ənsarullah Yəmən" tərəfindən raketlə vurulub. 

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Neft nəhəngi “Aramco”nun Ciddə şəhərində bir neçə obyekti var. Hadisə yerindən yayılan videolarda Formula 1 treki yaxınlığında şiddətli yanğın və böyük tüstü buludları əks olunub. 

Hadisə vaxtı məşq yürüşləri keçirilirmiş. “Red Bull-un pilotu, dünya çempionu Maks Verstappen avtomobil sürərkən alov iyi hiss etdiyini bildirib. 

"Yanıq iyi gəlir... Bu mənim maşınımdır?", - deyə pilot komandanın radiosu ilə danışarkən soruşub. 

Hadisənin görüntülərini təqdim edirik: 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO