“Rusiyada ölüm hökmü bərpa oluna bilər” – Medvedevdən SSRİ müqayisəsi  

“Rusiyada ölüm hökmü bərpa oluna bilər” – Medvedevdən SSRİ müqayisəsi  

Hazırda oxunan: “Rusiyada ölüm hökmü bərpa oluna bilər” – Medvedevdən SSRİ müqayisəsi  

66360

“Rusiya Avropa Şurasından çıxarıldıqdan sonra ölkədə ölüm hökmünün bərpasına məhdudiyyətlər qalmayıb – “cəmiyyətin həyatında nəsə dəyişərsə” moratorium yenidən nəzərdən keçirilə bilər”.

Bizim.Media xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

“Mövcud vəziyyət belədir: beynəlxalq əsaslar aradan qalxıb, Konstitusiya Məhkəməsinin daxili hüquqi mövqeləri var. Bu hüquqi mövqelər mövcud hüquqi nizama, mövcud cinayət vəziyyətinə əsaslanır. Güman edirəm ki, hər şey sakit olsa, o zaman bu hüquqi mövqelər əvvəlki kimi qala bilər. Amma hüquqi mövqelər də əbədi deyil, əgər cəmiyyətin həyatında nəsə dəyişərsə, bu hüquqi mövqelərə də yenidən baxıla bilər”, - Medvedev bildirib. 

O hesab edir ki, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin ölüm cəzasına moratorium qoyması "müqəddəs kitabda öz əksini tapmayıb” və məhkəmə qərarları dəyişə bilər. 

“Ölkəmizin tarixində belə dövrlər olub. Xatırladım ki, müharibədən sonra Sovet İttifaqı ölüm hökmünün tətbiqini ləğv etdi. Lakin bu, uzun sürmədi və çox tez ölüm hökmü bərpa olundu. Buna səbəb zorakı cinayətlərin, o cümlədən qətllərin yüksək artımı olub. Gələcəkdə nə olacaq, bilmirəm”, - Medvedev əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO