Xəbər verdiyimiz kimi, bu gün Belçikanın paytaxtı Brüssel şəhərində NATO-nun növbəti sammiti keçirilir. Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı günü Brüsseldə toplaşan Qərb dövlətlərini Rusiyanın işğalı ilə mübarizədə Kiyevə kömək etmək üçün "ciddi addımlar" atmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna mətbuatı yayıb.
MÖVZU İLƏ BAĞLI:
NATO Rusiya ilə sərhədə əlavə qoşun göndərdi - VİDEO
"Bir daha heç vaxt bizə ordumuzun NATO standartlarına cavab vermədiyini söyləməyin. Biz standartlarımızın nəyə qadir olduğunu, Avropada və dünyada ümumi təhlükəsizliyə nə qədər töhfə verə bildiyimizi göstərdik”, deyə o, qeyd edib.
Bizim.Media