İsmayıllı sakini çayda boğularaq öldü - FOTO

İsmayıllı sakini çayda boğularaq öldü - FOTO

Hazırda oxunan: İsmayıllı sakini çayda boğularaq öldü - FOTO

66275

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Aşıqbayramlı kəndinin ərazisində bu gün saat 10:30 radələrində baş verib.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Vaqif Böyükağa oğlu Zahidov ehtiyatsızlıqdan yaşadığı evin yaxınlığından keçən kiçik dağ çayına düşüb. Çaya yıxılan V.Zahidov köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb. Onun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO