Çində yoluxma artdı - Pekində fövqəladə vəziyyətdir 

Çində yoluxma artdı - Pekində fövqəladə vəziyyətdir 

Hazırda oxunan: Çində yoluxma artdı - Pekində fövqəladə vəziyyətdir 

6594

Çinin paytaxtı Pekində koronavirusa yoluxanların sayının birdən-birə artması səbəbindən ölkədə fövqəladə vəziyyət elan olunub.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Çin Kommunist Partiyası yoluxmaların artmasına görə paytaxtın bütün bölgələrinin fövqəladə vəziyyətə keçdiyini deyib.

Bildirilib ki, virusun aşkarlandığı yaşayış məntəqələri, kəndlərə giriş və çıxışlar məhdudlaşdırılıb. Şəhər xaricindəki səyahətlər, kollektiv əyləncə və dini tədbirlər ləğv edilib.

Ən yüksək yoluxma Pekin Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən Şunyi bölgəsində qeydə alınıb. 

Bölgədəki 92 laboratoriyada 800 min insanın test ediləcəyi söylənilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO