32 milyonluq şəhərdə Bakıdakı qədər tıxac olmur - FOTO

32 milyonluq şəhərdə Bakıdakı qədər tıxac olmur - FOTO

Hazırda oxunan: 32 milyonluq şəhərdə Bakıdakı qədər tıxac olmur - FOTO

6587

Çinin cənub-qərbində yerləşən Çunçin şəhəri 1929-cu ildə salınıb.

Bizim.Media-nın mövzuya müraciət etməyinin səbəbi Çinin mediaşirkətlərinin birində çalışan jurnalist Delu Vanın feysbuk səhifəsindəki paylaşımıdır.

Həmin fotoda əsas yoldan əlavə üçmərtəbəli körpünün fonunda Çunçin şəhəri əks olunub.

2018-ci ilin statistikasına görə, şəhərdə 32 milyon insan yaşayır. Yəni bu şəhərin sakinləri Bakı əhalisindən təxminən 8 dəfə çoxdur. Əlbət, avtobus və digər nəqliyyat vasitələrinin sayı da qat-qat artıqdır.

Sadəcə XX əsrdə yaranan Çunçinin yol infranstrukturu tarixi V əsrdən də əvvələ dayanan Bakıdan daha mükəmməl görünür. Bunu fotolardan da anlamaq olar.

Xatırladaq ki, 2015-ci ildə Çunçin şəhəri və Naxçıvan arasında əməkdaşlıq haqqında memorandum hazırlanıb, iki il sonra Çunçin şəhərinin nümayəndə heyəti Sumqayıt səfəri çərçivəsində Qafqazın 2-ci ən böyük sənaye mərkəzi ilə də əməkdaşlığı müzakirə edib.

Anar Rəhimov, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO