“Çinin Rusiyanın əməliyyat planından xəbəri yox idi, əgər bilsəydi...”

“Çinin Rusiyanın əməliyyat planından xəbəri yox idi, əgər bilsəydi...”

Hazırda oxunan: “Çinin Rusiyanın əməliyyat planından xəbəri yox idi, əgər bilsəydi...”

65231

Çin Moskvanın planlarını bilsəydi, Rusiyanın Ukraynaya hücumunun qarşısını almağa çalışardı.

Bizim.Media xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfiri Qin Qanq  “Washington Post” qəzetinə yazdığı məqalədə bildirib.

"İcazə verin, qeyd edim: Çinin bu müharibəni bildiyi, razılaşdığı və ya üstüörtülü şəkildə dəstəklədiyi iddiaları sırf dezinformasiyadır. Bütün bu iddialar yalnız günahı Çinin üzərinə atmaq məqsədi daşıyır", - deyə səfir qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Çindən yardım istəyib? - Rəsmi Pekin ABŞ-ı günahlandırdı


O bildirib ki, Çin həm Rusiya, həm də Ukraynanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, dünyanın ən böyük xam neft və təbii qaz idxalçısıdır.

Səfir həmçinin əlavə edib ki, işğal zamanı Ukraynada 6000-dən çox Çin vətəndaşı olub:

"Rusiya və Ukrayna arasında münaqişə Çinə sərf etmir. Əgər Çin proseslərdən xəbərdar olsaydı, biz bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edərdik”.

"Ukrayna ilə bağlı Çinin mövqeyi obyektiv və qərəzsizdir: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə tam riayət etmək, həmçinin bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək lazımdır", - Qin Qang bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO