Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Qroznıda Kadırovla görüşdü

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Qroznıda Kadırovla görüşdü

Hazırda oxunan: Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Qroznıda Kadırovla görüşdü

64964

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qroznıda Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə nümayəndəsi Yuri Çayka və Çeçenistan lideri Ramzan Kadırov ilə işgüzar görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sözçüsü Yevgeni Anoşin bildirib.

“Görüş zamanı respublika ərazisində dövlət və ictimai təhlükəsizliyin təmin edilməsi məsələlərinə baxılıb.

Həmsöhbətlər regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyiş olduğunu qeyd edərək, bu sahənin daha da yaxşılaşdırılması üçün tədbirləri müzakirə ediblər”, - deyə Anoşin çərşənbə axşamı jurnalistlərə bildirib.
Görüşdən əvvəl Axmat-Yurt kəndində Patruşev, Çayka və Kadırov Çeçenistan Respublikasının birinci başçısı, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırovun məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO