Hərbi əməliyyatlar başlayandan 2 milyon 698 min 280 nəfər Ukraynanı tərk edib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının saytında məlumat yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Ukraynanı tərk edənlərin sayı 2.5 milyonu ötdü
BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, Polşaya 1,6 milyondan çox, Macarıstana 246 mindən çox, Slovakiyaya 195 min, Rusiyaya 105 min, Moldovaya 104 min, Rumıniyaya 84 mindən çox, Belarusa – 938, digər Avropa ölkələrinə 304 mindən çox insan gedib.
Ukraynanın əhalisi (ilhaq edilmiş Krım olmadan, lakin Donbassın bütün ərazisi ilə) 2022-ci il yanvarın 1-nə 41 milyon 167,3 min nəfər olub.
Bizim.Media