Almaniya kansleri Türkiyəyə gələcək – Ərdoğan dəvət edib

Almaniya kansleri Türkiyəyə gələcək – Ərdoğan dəvət edib

Hazırda oxunan: Almaniya kansleri Türkiyəyə gələcək – Ərdoğan dəvət edib

64577

Almaniya kansleri Olaf Şoltz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, kanslerin vəzifəyə gəldikdən sonra Türkiyəyə ilk rəsmi səfəri martın 14-də baş tutacaq.

Səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə və Almaniya arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, digər aktual regional və beynəlxalq məsələlər, xüsusilə də Ukrayna və Türkiyə-Aİ münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO