Əsir düşən rus əsgər həyat yoldaşına Kiyevi “almaq” üçün uğursuz planlarından danışdı – SƏS YAZISI

Əsir düşən rus əsgər həyat yoldaşına Kiyevi “almaq” üçün uğursuz planlarından danışdı – SƏS YAZISI

Hazırda oxunan: Əsir düşən rus əsgər həyat yoldaşına Kiyevi “almaq” üçün uğursuz planlarından danışdı – SƏS YAZISI

64275

Rus ordusu Ukraynada böyük itkilərini etiraf edir. Ukrayna Təhlükəsizlik Xidməti Kiyevin “işğal edilməsi” tapşırığını alan rus hərbçilərinin telefon söhbətini ələ keçirib.

Bizim.Media “unian.net” saytına istinadən xəbər verir ki, Putinin hərbçilərindən biri dəyişdirilməsini (rotasiya) gözlədiyini və heç vaxt Ukraynaya qayıtmayacağını deyib.

"Sadəcə az adamımız qalıb. Bizim batalyonun çoxu həlak olub. Amma yaxşı xəbər var: biz tezliklə Belarusa gedəcəyik və orada bizə əlavə qüvvələr - texnika, adamlar qoşulacaq. Ümid edirəm ki, bizi evə göndərəcəklər” , - əsgər həyat yoldaşı ilə fikirlərini bölüşüb.
Rusiya ordusunun məlumatına görə, Ukraynada xeyli sayda rus əsgəri məhv edilib. Bundan əlavə, əhəmiyyətli sayda texnikalarını itiriblər.

Rus hərbçinin həyat yoldaşı “çoxlu rus əsirləri haqqında eşitdiyini” deyib. Əsgər Ukrayna hərbçilərinin texnikasını sadalayıb: “Burada minaatanlar, “Qrad”lar, tanklar var”.

Xatırladaq ki, rusiyalı əsirlərin ifadəsinə görə, onlara bir neçə gündən sonra Kiyevi ələ keçirmək tapşırığı verilmişdi. Lakin cəhdləri uğursuzluqla nəticələnib, canlı qüvvə və texnika itkisinə məruz qalıblar. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO