Türkiyə Rusiyaya sanksiya tətbiqini planlaşdırmır

Türkiyə Rusiyaya sanksiya tətbiqini planlaşdırmır

Hazırda oxunan: Türkiyə Rusiyaya sanksiya tətbiqini planlaşdırmır

64271

Türkiyə hazırda Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın bildirib. 

"Hazırda biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq, çünki biz güvən kanalının açıq qalmasını istəyirik. Təbii ki, iqtisadiyyatımızın da zərər görməsini istəmirik", - deyə Kalın qeyd edib. 

Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans bütün müttəfiqlərdən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqini gözləyir, bu siqnal Türkiyəyə də ötürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO