Lavrov: “Heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”

Lavrov: “Heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”

Hazırda oxunan: Lavrov: “Heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”

64055

“Əgər görüşlərin məqsədi Rusiyanın təkliflərini rədd edib öz istədikləri kimi etmək və daha sonra jurnalistlərə “Bizim xoşməramlı təkliflərimiz rədd edildi” deməkdirsə, o zaman bu Ukrayna diplomatiyasının məntiqinə uyğun gəlir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Kuleba ilə görüşdən DANIŞDI: “Biz Ukraynaya hücum etməmişik” - VİDEO


“Mən Kulebanın görüşdən sonrakı “Atəşkəs razılaşması” alınmadı bəyanatına təəccüblənmədim. Burada onsuz da heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi” – deyə Lavrov qeyd edib.

XİN başçısı nüvə müharibəsindən də danışıb:

“Böyük Britaniya Baş naziri deyib ki, Putin Ukraynada uduzmasa, hədəfləri böyüyəcək. Müharibə barədə danışan biz yox, onlardır. Nüvə savaşının başlanmasına isə inanmırıq. Daha doğrusu inanmaq istəmirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO