Psaki Zaxarovanı yalan danışmaqda İTTİHAM ETDİ:

Psaki Zaxarovanı yalan danışmaqda İTTİHAM ETDİ: "ABŞ Ukraynada kimyəvi və bioloji silahlar hazırlamır"

Hazırda oxunan: Psaki Zaxarovanı yalan danışmaqda İTTİHAM ETDİ: "ABŞ Ukraynada kimyəvi və bioloji silahlar hazırlamır"

63962

“Vaşinqton heç bir yerdə kimyəvi və bioloji silahlar hazırlamır və ya ona malik deyil”.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki “Twitter”də paylaşım edib.

"Biz Rusiyanın ABŞ-ın Ukraynadakı bioloji və kimyəvi silah laboratoriyaları ilə bağlı yalan iddialarını nəzərə almışıq. Çin rəsmilərinin də bu nəzəriyyələri təkrarladığını görmüşük. Bu bəyanatlar “yanlış məlumatlandırma məqsədi ilə həyata keçirilən əməliyyatdır” – deyə Psaki qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarova ABŞ-la bağlı ŞOK FAKTLARI açıqladı: Ukraynada hansı gizli sənədlər tapılıb? 


Onun sözlərinə görə, ABŞ kimyəvi silahlar və bioloji silahlar üzrə konvensiya üzrə öhdəliklərinə tam əməl edir:

“İndi Rusiya bilərəkdən bu yalan iddiaları irəli sürdüyünə və Çinin bu təbliğatı dəstəklədiyinə görə, biz Rusiyanın Ukraynada kimyəvi və bioloji silahlardan istifadə etməsi və ya onlardan istifadə etmək üçün “saxta bayraq” əməliyyatı keçirməsi ehtimalına diqqət yetirməliyik”. 

Qeyd edək ki, Rusiya ABŞ-ı Ukraynadakı laboratoriyalarda bioloji və kimyəvi silahlar hazırlamaqda ittiham edib.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında ABŞ-ın Ukraynaya bioproqramların hazırlanması ilə bağlı göstəriş verdiyini və investisiya yatırdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO