İsrail Prezidenti İsaak Hersoq Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, o, iki ölkə arasında əməkdaşlığın inkişafının bütün regionun xeyrinə olacağını deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: "İsrail Prezidentinin Türkiyəyə səfəri tarixi hadisədir" - FOTO/VİDEO
"İsrail və Türkiyə əməkdaşlıq etməlidir, bu, bölgəmizə kəskin şəkildə təsir edəcək. Məqsəd ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün əsas yaratmaqdır”, - Hersoq əlavə edib.
Qeyd edək ki, bu gün Türkiyə və İsrail prezidentlərinin görüşü olub.
Bizim.Media