Ukrayna Rusiya ilə bu sahədə razılığa gəldi

Ukrayna Rusiya ilə bu sahədə razılığa gəldi

Hazırda oxunan: Ukrayna Rusiya ilə bu sahədə razılığa gəldi

63862

Ukrayna və Rusiya altı humanitar dəhliz vasitəsilə əhalinin təxliyəsi üçün saat yerli vaxtla 9:00-dan 21:00-dək atəşkəs barədə razılığa gəlib.

Bizim.Media Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşuk jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Səhər saatlarında əvvəllər təklif etdiyimiz marşrutlar üzrə Rusiyanın razılığını, həmçinin Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bununla əlaqədar onlara məktub göndərilməsi ilə bağlı məlumatını aldıq”, - deyə İrina Vereşuk bildirib.

Onun sözlərinə görə, Ukrayna Beynəlxalq Qırmızı Xaç Komitəsinə məktub göndərib və razılaşmanın təsdiqlənməsi barədə baş nazir Denis Şmıqal ilə qurumun rəhbəri Peter Mayer arasında danışıq olub.
Razılaşmaya əsasən, hərbçilər saat 9:00-dan 21:00-dək atəşi dayandırmalıdır. Bu razılaşmanın artıq qüvvəyə mindiyi və təxliyələrin başlandığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO