Ukrayna prezidentinin ofisi: “Zelenski Putinlə görüşməyə hazırdır, lakin Rusiya bunu istəmir”

Ukrayna prezidentinin ofisi: “Zelenski Putinlə görüşməyə hazırdır, lakin Rusiya bunu istəmir”

Hazırda oxunan: Ukrayna prezidentinin ofisi: “Zelenski Putinlə görüşməyə hazırdır, lakin Rusiya bunu istəmir”

63789

Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva bildirib ki, Ukrayna ölkənin neytral statusu məsələsini müzakirə etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu haqda o, Almaniyanın ARD kanalının efirində bildirib.

“Bu cür məsələlər danışıqlar zamanı müzakirə oluna bilər. Lakin ciddi danışıqlar yalnız Vladimir Putinin Vladimir Zelenski ilə görüşəcəyi təqdirdə mümkün olacaq. Zelenski buna hazırdır. Təəssüf ki, Rusiya tərəfi bunu istəmir”, - Jovkva qeyd edib.

O vurğulayıb ki, Ukraynanın beynəlxalq tərəfdaşları belə bir görüşün keçirilməsinə kömək etməlidir.

“Belə danışıqlar və mümkün razılaşma yalnız hərbi əməliyyatlar dayandırıldıqdan və atəşkəs əldə edildikdən sonra ola bilər. Bu vəziyyətin bir daha təkrarlanmaması üçün bizə güclü təminat lazımdır”, - deyə o, əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO