Axtarışda olan 45 nəfər ötən gün saxlanıldı – DİN-in STATİSTİKASI

Axtarışda olan 45 nəfər ötən gün saxlanıldı – DİN-in STATİSTİKASI

Hazırda oxunan: Axtarışda olan 45 nəfər ötən gün saxlanıldı – DİN-in STATİSTİKASI

63641

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO