Yaponiya Rusiya neftinin idxalına qadağa qoyacaq? - ABŞ ilə müzakirə edir

Yaponiya Rusiya neftinin idxalına qadağa qoyacaq? - ABŞ ilə müzakirə edir

Hazırda oxunan: Yaponiya Rusiya neftinin idxalına qadağa qoyacaq? - ABŞ ilə müzakirə edir

63509

Yaponiya hökuməti ABŞ və Avropa ölkələri ilə Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya neftinin idxalına qadağa qoyulması məsələsini müzakirə edir.

Bizim.Media xəbər verir ki, bu barədə martın 7-də Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Agentlik müzakirələrin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Yaponiyanın xaricdən aldığı neftin ümumi həcmində Rusiya 4 faiz paya malikdir.

Bu ərəfədə ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun Avropa ölkələri ilə Rusiyadan neftin idxalına qadağa qoyulması məsələsini müzakirə etdiyini bildirib.

ABŞ Energetika Nazirliyinin rəsmi məlumatına görə, Rusiya ABŞ bazarını neftlə təmin edən ilk beş ölkə siyahısına daxildir. 2021-ci ildə Rusiyanın ABŞ-a neft ixrac edən ikinci ölkə olduğu da qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO