Ukraynadan daha 191 Azərbaycan vətəndaşı təxliyə edildi - FOTO

Ukraynadan daha 191 Azərbaycan vətəndaşı təxliyə edildi - FOTO

Hazırda oxunan: Ukraynadan daha 191 Azərbaycan vətəndaşı təxliyə edildi - FOTO

63195

Ukraynadakı vəziyyətlə əlaqədar olaraq təxliyə olunan Azərbaycan vətəndaşlarının olduğu daha bir təyyarə reysi Bakıya çatıb.

Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, bununla da sayca 6-cı reys həyata keçirilib və Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ümumilikdə 1100 nəfər Azərbaycan vətəndaşı Vətənə gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edildi


Bu gün isə Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi həyata keçirilib və 13-ü azyaşlı olmaqla 191 Azərbaycan vətəndaşı ölkəmizə evakuasiya olunub.

Hazırda avtobuslar vasitəsilə vətəndaşlarımızın təxliyəsi davam etdirilir. Təxliyə həm Moldova, həm də Türkiyənin İstanbul şəhəri üzərindən reallaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin gətirilməsi üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir.

Ukraynanı tərk etmiş ölkə vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO