Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar ABŞ Ticarət Nazirliyi Rusiya Federasiyası ilə əlaqəli 91 təşkilat və fiziki şəxsə ixrac nəzarəti rejimini sərtləşdirmək üçün sanksiya tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Federal Reyestrin elektron bazasında yerləşdirilib.
“ABŞ hökuməti hesab edir ki, bu qurumların fəaliyyəti ABŞ-ın xarici siyasətinin və milli təhlükəsizliyinin maraqlarına ziddir.
Onlar Rusiya təhlükəsizlik xidmətini hərbi və müdafiə, eləcə də hərbi və müdafiə araşdırmaları sahələrində bu və ya başqa şəkildə dəstəkləyib”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, sanksiya tətbiq edilən 91 təşkilat və şəxsin 81-i Rusiyada qeydiyyatdan keçib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:42 / 04.03.2022
ABŞ-dan Rusiya ilə əlaqəli 91 təşkilat və şəxsə SANKSİYA
Hazırda oxunan: ABŞ-dan Rusiya ilə əlaqəli 91 təşkilat və şəxsə SANKSİYA
Hazırda oxunan: ABŞ-dan Rusiya ilə əlaqəli 91 təşkilat və şəxsə SANKSİYA
63116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.