Rusiya aviasiyası Xarkov yaxınlığındakı kəndi darmadağın etdi - FOTO

Rusiya aviasiyası Xarkov yaxınlığındakı kəndi darmadağın etdi - FOTO

Hazırda oxunan: Rusiya aviasiyası Xarkov yaxınlığındakı kəndi darmadağın etdi - FOTO

63018

Rusiya hərbçiləri Xarkov yaxınlığındakı Yakovlevka kəndini darmadağın ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova “Telegram”da yazıb.

Mənbə qeyd edir ki, “Rusiya aviasiyası Yakovlevkadan tornado kimi keçib”. 

İlkin məlumatlara görə, azı 3 nəfər həlak olub, onlardan 2-si mülki şəxsdir. 8 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. 45 ev dağılıb, onlardan 21-i tamamilə yerlə yeksan edilib.

Yaralıların və ölənlərin sayı dəqiqləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO