Ukraynada atəşkəsin bərqərar olması Kiyev və Moskva arasında danışıqların əsas şərtidir.
Bizim.Media xəbər verir ki, bu fikri Fransanın xarici işlər naziri Jan-İv Le Drian France 2 telekanalının efirində səsləndirib. “Atəşkəs bərqərar olmasa, əsl danışıqlara başlamaq mümkün deyil”, - deyə Jan-İv Le Drian bildirib.
MÖVZU İLƏ BAĞLI:
Lavrov Rusiya-Ukrayna danışıqlarının vaxtını açıqladı
Ukraynada böhranın aradan qaldırılması üzrə Fransanın vasitəçilik missiyasını qeyd edən nazir vəziyyətin ciddiliyinə baxmayaraq, Rusiya ilə dialoq kanallarının açıq qalmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Qərb fövqəladə həmrəylik göstərib və tətbiq olunan sanksiyalar Rusiyanı daha çox təcrid edib, lakin Ukraynada fəlakət hələ də bitmir.
Bizim.Media