ABŞ-dan Rusiyaya növbəti HƏMLƏ – 30 ölkə ilə birgə 60 milyon barrel neft çıxaracaq

ABŞ-dan Rusiyaya növbəti HƏMLƏ – 30 ölkə ilə birgə 60 milyon barrel neft çıxaracaq

Hazırda oxunan: ABŞ-dan Rusiyaya növbəti HƏMLƏ – 30 ölkə ilə birgə 60 milyon barrel neft çıxaracaq

62689

ABŞ hakimiyyəti ölkənin hava məkanını Rusiya təyyarələri üçün bağlayır, Vaşinqton və onun müttəfiqləri lazım gələrsə, strateji ehtiyatlardan əlavə həcmdə neft çıxara bilər. ABŞ Ədliyyə Nazirliyi isə “Rusiya oliqarxlarının cinayətlərini araşdırmaq” üçün xüsusi işçi qrup yaradır.  

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında Birliyin vəziyyəti ilə bağlı illik müraciəti qarşısında çıxış edən ABŞ prezidenti Co Bayden bildirib.

“ABŞ hakimiyyəti ölkənin hava məkanını Rusiya təyyarələri üçün bağlayır. Bu gün mən elan edə bilərəm ki, ABŞ 30 başqa ölkə ilə birlikdə dünyanın hər yerindəki ehtiyatlardan 60 milyon barrel neft çıxarmaq üçün hərəkətə keçib. Amerika bu işdə aparıcı rol oynayacaq. ABŞ Ədliyyə Nazirliyi rus oliqarxlarının cinayətlərini araşdırmaq üçün xüsusi əməliyyat qrupu toplayır”, – deyə Bayden qeyd edib.  

Bununla yanaşı o, Birləşmiş Ştatların Rusiyaya güclü iqtisadi sanksiya tətbiq etdiklərini və Amerika biznesi və istehlakçılarının bu sanksiyaların mümkün təsirindən qorunması üçün bütün lazımi tədbirlərin görüləcəyini söyləyib.  
ABŞ prezidenti həmçinin, “Amerika ukraynalıların tərəfindədir” desə də, eyni zamanda, ABŞ ordusunun “Ukraynada Rusiya qüvvələri ilə münaqişədə iştirak etməyəcəyini” təkrarlayıb.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO