Nazarbayevin yaratdığı partiyanın adı dəyişdirildi

Nazarbayevin yaratdığı partiyanın adı dəyişdirildi

Hazırda oxunan: Nazarbayevin yaratdığı partiyanın adı dəyişdirildi

62499

Sabiq prezident Nursultan Nazarbayevin yaratdığı hakim “Nur Otan” partiyasının qurultayında adının “Amanat”a  dəyişdirilməsi qərarı dəstəklənib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bir müddət əvvəl Qazaxıstan Məclisinin sədri “Nur Otan” adının “Amanat” olaraq dəyişdirilməsini təklif edib. Prezident Tokayev qərara dəstək verib. 

“Amanat sözü tərcümədə əcdadların əhdi, gələcək nəsillərə vəsiyyəti deməkdir. Amanat xalqımızın tarixində və mədəniyyətində xüsusi simvolizmi olan dərin məfhumdur.

O, əcdadlarımızın bizə miras qoyduğu sarsılmaz müstəqillik ideallarını, güclü dövlətçilik və milli birlik dəyərlərini, vətənimizin geniş ərazilərini təcəssüm etdirir”, - deyə Tokayev partiyanın adının “Amanat”  adlandırılmasının tərəfdarı olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO