Latviya parlamenti könüllülərə Ukrayna tərəfində döyüşməyə icazə verdi

Latviya parlamenti könüllülərə Ukrayna tərəfində döyüşməyə icazə verdi

Hazırda oxunan: Latviya parlamenti könüllülərə Ukrayna tərəfində döyüşməyə icazə verdi

62355

Latviya Seymi (parlamenti) bazar ertəsi növbədənkənar iclasında təcili olaraq milli təhlükəsizlik haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Bundan sonra respublika sakinləri Ukrayna tərəfində könüllü kimi döyüşə biləcək.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə yerli LETA agentliyi məlumat yayıb.

Qanuna düzəlişlər fevralın 27-də axşam saatlarında Müdafiə, Daxili İşlər və Korrupsiyanın Qarşısının Alınması üzrə Seymin Komissiyası tərəfindən konseptual olaraq təsdiqlənib.

Dəyişikliklərdə Ukraynada xidmətə başlayanlar dərhal milli silahlı qüvvələrin qeydiyyat bölməsində qeydiyyatdan keçməli olacaqlar.

İndiyədək qanun Latviya vətəndaşlarının silahlı qüvvələrdə, daxili orduda, hərbi təşkilatda, kəşfiyyat və ya təhlükəsizlik xidmətində, xarici dövlətin polis və ya ədliyyə xidmətlərində və ya beynəlxalq hüququn digər subyektlərində xidmət etməyi qadağan edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO