Böyük Britaniya limanlarını Rusiya gəmilərinə bağlayır – Qərar bu gün veriləcək 

Böyük Britaniya limanlarını Rusiya gəmilərinə bağlayır – Qərar bu gün veriləcək 

Hazırda oxunan: Böyük Britaniya limanlarını Rusiya gəmilərinə bağlayır – Qərar bu gün veriləcək 

62288

Böyük Britaniya hökuməti Rusiya gəmilərinin limanlarına çıxışını məhdudlaşdırmağı düşünür.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” Böyük Britaniya hökumətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

“Rusiya gəmilərinin Böyük Britaniya limanlarına yan alması ilə bağlı narahatlıqdan xəbərdarıq. Bu gəmilərə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin görülməsi üzərində təcili iş aparırıq”, - deyə məlumatda qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Aİ hava məkanını Rusiya üçün bağladı


Hökumət nümayəndəsinin sözlərinə görə, məsələ Şotlandiya hökuməti ilə müzakirə edilir:

“Nəzərdən keçirilən sanksiyalar Böyük Britaniya hökumətinin hazırladığı daha geniş sanksiyalar paketinin bir hissəsidir”.

Şotlandiya hökumətinin xarici işlər üzrə katibi Anqus Robertson məsələ ilə bağlı açıqlama verib:

“Böyük Britaniya səlahiyyətliləri Rusiyaya məxsus və kirayəyə götürülən gəmilərin Böyük Britaniya limanlarına yanaşmasına icazə verib-verməyəcəyimizlə bağlı bir qərarı verməlidir. Bu, çox sürətlə dəyişən bir vəziyyətdir və məncə, biz qətiyyətlə hərəkət etməli olacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO