Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi SADƏLƏŞDİRİLDİ 

Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi SADƏLƏŞDİRİLDİ 

Hazırda oxunan: Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi SADƏLƏŞDİRİLDİ 

62070

“Ukraynadan Moldovaya gələn və hava yolu ilə Azərbaycana getmək üçün Moldovadan Rumıniyaya yola salınan vətəndaşlarımız üçün prosedur daha da sadələşdirilib, tranzit vizası ləğv olunub”. 

Bizim.Media xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanınn Moldovadakı səfiri Qüdsi Osmanov bildirib. 

Q. Osmanov deyib ki, dünən gecə Azərbaycan Xarici İşlər Nazirliyi və Rumınyia Xarici İşlər Nazirliyi arasında danışıqlardan sonra qərar verilib ki, Ukraynadan Moldovaya gələn Azərbaycan vətəndaşlarının Rumıniyaya keçməsi üçün viza da tələb olunmasın:

“Sadəcə, bizim səfirlik Azərbaycana hava yolu ilə getmək üçün Rumıniyaya keçəcək vətəndaşlarımızın ad və soyadlarını təqdim edir, o cümlədən Rumıniyanın Moldovadakı səfirliyinə məktub yazırıq ki, bu insanlar sərhəddən keçəcək. Rumıniya səfirliyi də bu məlumatları Rumıniya Xarici İşlər Nazirliyinə göndərir və sərhəddən artıq həmin vətəndaşlar Rumıniyaya buraxılır. Ancaq Moldova-Rumıniya sərhədini keçmək üçün həmin vətəndaşlarımızın həm də Buxarestdən tranzit Azərbaycana uçuş üçün təyyarə bileti alması lazımdır. Bu biletlər Moldovada onlayn qaydada, yaxud aviakassalardan alına bilər Kimin imkanı var, biletini alır, kimin də pulu yoxdur, onları da yerləşdirmişik və onların da Azərbaycana qayıtması üçün müvafiq addımlar atılır. Bu insanlar da Azərbaycana qayıdacaqlar”. 

Səfir onu da indiyə qədər Ukraynadan Moldovaya 500-ə qədər Azərbaycan vətəndaşı gəlib:

“Vətəndaşlarımızı səfirliyimizin əməkdaşı Palanka və Oxnitsa sərhəd-keçid məntəqələrindən avtobusla Kişinyova yola salır, səfirlik bunun xərcini özü ödəyir. Kişinyova gələndə də bu insanların hər biri xüsusi diqqət mərkəzində olur, müvafiq qaydada yerləşdirilirlər.

Bunun üçün Moldova hökuməti müvafiq yerlər ayırıb, o cümlədən burada yaşayan azərbaycanlılar da onları öz evlərində yerləşdirir. Onlardan kimin imkanı var, otellərdə qalır. Yəni bu sahədə də bir problem yoxdur”. 
Qeyd edək ki, Moldova hökuməti Ukraynadan hazırda qaçqınları qəbul etmək üçün iki sərhəd-keçid məntəqəsi müəyyənləşdirib. Bunlar Palanka və Oxnitsa sərhəd-keçid məntəqələridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO