Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Rusiya prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyatın başlaması ilə bağlı bəyanatından sonra Ukraynada partlayışların harada qeydə alındığını deyib.
Bizim.Media "Seqodnya" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, "Facebook" hesabında yazıb.
Geraşenko qeyd edib ki, Ukraynada hərbi idarəetmə mərkəzlərinə, aerodromlara, hərbi anbarlara, Kiyev, Xarkov və Dneprə raket zərbələri endirilib:
MÖVZU İLƏ BAĞLI:
Rusiyadan müharibə ilə bağlı AÇIQLAMA: “Ukraynanın hərbi infrastrukturu yüksək dəqiqliklə məhv edilir”
“Ölkə sərhədi artilleriyadan atəşə tutulur”.
O, həmçinin ölkə vətəndaşlarına müraciət edib:
“Hər kəs Rusiyadakı dost və qohumları ilə telefon əlaqəsi saxlasın, müharibəni dayandırmaq üçün küçələrə çıxmağı tələb etsinlər”.
Hansı ərazilər atəşə tutulub?
04.35 "V.Pisarevka" baza stansiyasına hücum.
05:00 "Çertoçkovo" atəşə tutulub.
05:05 "N.Sloboda" QRAD-larla atəşə tutulub.
05:05 Qoptovka nəzarət-buraxılış məntəqəsinə hücum.
05:15 "Kramatorsk" aerodromu atəşə tutulub.
05:20 "Merry", "Volçansk", "Dergaçi"yə artilleriya zərbələri endirilib.
05:13 Qrabovskoye atəşə tutulub.
05:23 "Baçevsk"yə zirehli texnika daxil olub.
05:25 Dnepr şəhərinin uçuş-enmə zolağında 2 partlayış olub.
05:30 "Topol" QRAD-lardan atəşə tutulub.
05:30 "Zoloçev" minaatanlardan atəşə tutulub.
05:50 "Volçansk"a QRAD zərbələri endirilib.
Bizim.Media