Ukraynalı nazir:

Ukraynalı nazir: "Rusiyanı dayandırmaq üçün sizin köməyiniz lazımdır" - VİDEO

Hazırda oxunan: Ukraynalı nazir: "Rusiyanı dayandırmaq üçün sizin köməyiniz lazımdır" - VİDEO

61565

“Rusiyanı dayandırmaq üçün sizin köməyinizə ehtiyacımız var. Diplomatiya üçün hələ də gec deyil”.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dimitro Kuleba BMT-də çıxışı zamanı deyib.

O, bəyan edib ki, Ukrayna heç vaxt heç kimi təhdid etməyib və heç kimə hücum etməyib.
 

MÖVZU İLƏ BAĞLI:

BMT-dən Ukraynanın ərazi bütövlüyünə dəstək


“Vladimir Putin Ukraynanın suveren hüququnu pozdu. O, Ukraynaya hücumu davam etdirsə, hökumətləriniz və xalqlarınız bizimlə eyni ağır nəticələrlə üzləşəcəklər. Ona görə də biz Rusiyanı dayandırmalıyıq. Ukrayna beynəlxalq ictimaiyyətdən qəti və mütənasib addımlar gözləyir. Sadəcə qınamaq kifayət deyil.

Rusiyanı dayandırmaq üçün indi sizin köməyinizə ehtiyacımız var. Bizə diplomatiya lazımdır. Diplomatiya üçün hələ də gec deyil. Rusiya sərhədimizə daha çox əsgər yerləşdirib. Hazırda sərhəddə 150 mindən çox əsgərin olduğunu görürük. Rusiyanın Qara dənizdə 48 gəmisi var. Onlar Ukraynanın dənizə çıxışını bağlamaq istəyirlər. Bu, beynəlxalq hüququn pozulmasıdır”, - deyə D.Kuleba qeyd edib.

Qeyd edək ki, iclasdan öncə junalistlərin suallarını cavablandıran Ukrayna XİN rəhbəri Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi haqda sualdan yayınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO