Ərdoğan Putinlə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Ərdoğan Putinlə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Hazırda oxunan: Ərdoğan Putinlə Ukraynadakı vəziyyəti müzakirə edəcək

61053

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını gözləyir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

“Star” qəzeti Kalından sitat gətirib:

“Prezidentimizin Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək təklifi əslində bu böhrandan çıxış yolu üçün ən mühüm və konkret təklifdir. Onun analoji görüşü təşkil etmək cəhdləri qüvvəsində qalır.

Ukraynaya son səfərimiz zamanı o, prezident Vladimir Zelenski, sonra isə cənab Putinlə bunu müzakirə edib. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu məsələ yenidən gündəmə gətiriləcək”.

“Türk rəsmiləri rusiyalı həmkarları ilə təmaslarını davam etdirir və Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir. Bu məsələ ilə bağlı rusiyalı həmkarlarımızla təmasdayıq”, Kalın deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO