Xarici işlər nazirindən sonra Moldova parlamentinin sədri də Bakıya gedir

Xarici işlər nazirindən sonra Moldova parlamentinin sədri də Bakıya gedir

Hazırda oxunan: Xarici işlər nazirindən sonra Moldova parlamentinin sədri də Bakıya gedir

0:00
0:00
61050

Moldova parlamentinin sədri İqor Qrosu fevralın 21-23-də Azərbaycanda səfərdə olacaq.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Moldova mətbuatı yayıb.

Məlumata görə, Qrosu Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya gələcək.

Səfər proqramına Milli Məclisin rəhbərliyi, baş nazir Əli Əsədov ilə görüşlər, həmçinin Azərbaycandakı Moldova diasporunun nümayəndələri ilə görüş daxildir.

Bundan əvvəl Moldovanın xarici işlər naziri Nikolae Popesku Bakıda səfərdə olub.

Burada o, Azərbaycan qazının Moldovaya mümkün tədarükü və minalardan təmizləmədə iştirak etmək üçün moldovalı istehkamçıların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göndərilməsi məsələlərini müzakirə edib.

Səfər zamanı Popeskunu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO