"Qarabağ" kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik, rəqib bizi meydandan "süpürdü".
Bizim.Media xəbər verir ki, bunu Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenek "Marsel"in evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə "LEquipe" nəşrinə açıqlamasında deyib.
70 yaşlı mütəxəssis Liqa 1 təmsilçisinin oyuna nəzarət edə bilmədiyini söyləyib:
"Qarabağ"ı çətinliyə salmadıq. Bəzən insanı narahat edən qələbələr olur. Bəzi oyunçular gözlənilən kimi çıxış etmədi. İkinci qolumuzda Arkadiuş Milik oyundan kənar vəziyyətdə deyildi. Rəqibin də iki hücumunda ofsayd yox idi".
Qeyd edək ki, Raymon Domenek 2004 - 2010-cu illərdə Fransa yığmasına rəhbərlik edib.
"Qarabağ" və "Marsel" komandaları arasındakı cavab görüşü fevralın 24-də Bakıda olacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:30 / 19.02.2022
Raymon Domenek: ““Qarabağ” “Marsel”i meydandan süpürdü”
Hazırda oxunan: Raymon Domenek: ““Qarabağ” “Marsel”i meydandan süpürdü”
Hazırda oxunan: Raymon Domenek: ““Qarabağ” “Marsel”i meydandan süpürdü”
60896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.