Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, o, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.
MÖVZU İLƏ BAĞLI:
NATO-dan Rusiyaya ÇAĞIRIŞ: “Avropada təhlükəsizlik ABŞ-la əməkdaşlığa əsaslanır”
“ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, - o vurğulayıb.
Qeyd edək ki, NATO Baş katibi Yents Stoltenberq fevralın 19-da Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.
Bizim.Media