İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında atəşkəsin Tehranın razılaşmanın şərtlərinə əməl etməməsi səbəbindən hər an pozula biləcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.
“Razılaşma bu idi ki, atəş dayansın və iranlılar dərhal Hörmüz boğazını açsın. Onlar isə bunu etmədilər”, - Netanyahu deyib.
İsrail Baş naziri ABŞ Prezidenti Donald Trampın İran limanlarına blokada tətbiq etmək qərarını dəstəklədiyini vurğulayıb. O, İsrailin ABŞ-la daim koordinasiyada olduğunu qeyd edib.
“Aramızda narazılıqların olması barədə iddialar isə tamamilə yanlışdır. Vəziyyət bunun tam əksidir. Prezident və onun komandası ilə danışıqlarda iştirak edən istənilən şəxs bunu təsdiqləyə bilər. İsrail və yəhudi xalqının tarixində əvvəllər bu cür koordinasiya olmayıb”, - Baş nazir əlavə edib.
Bizim.Media































































































