ABŞ Prezidenti Donald Trampın yeni paylaşımı geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, ABŞ lideri “Truth Social” hesabında özünün İsa Məsihə bənzəyən obrazda təsvir olunduğu fotoşəkil paylaşıb.
Qeyd edək ki, bu şəkli ilk dəfə 2026-cı ilin martında ABŞ prezidentinin Amerika turizmi, müstəsnalığı və dəyərləri üzrə xüsusi nümayəndəsi təyin edilmiş siyasətçi və yazıçı Nik Adams paylaşıb.
O, fotonu fevralın əvvəlində "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.
Bu fotonun yayımlanmasından qısa müddət əvvəl Tramp Roma Papası XIV Leo xarici siyasətə dair baxışlarına görə tənqid etmişdi. ABŞ Prezidenti bildirmişdi ki, Papa İranı dəstəklədiyi və cinayətkarlıq qarşısında zəif olduğu üçün xarici siyasətdə bərbaddır.

Bizim.Media































































































