“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

Hazırda oxunan: “Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

606635

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qoşunları arasında 120 döyüş toqquşması baş verib. Aprelin 12-si səhər saatlarına olan məlumata görə, 2299 atəşkəs pozuntusu qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”-da məlumat yayıb.

Aprelin 11-i saat 16:00-dan (Bakı vaxtilə 17:00-red.) sonra, yəni “Pasxa atəşkəsi” qüvvəyə mindikdən günün sonuna olan məlumata görə, 1723 atəşkəs pozuntusu qeydə alınıb. Xüsusilə, Rusiya ordusunun 25 hücumu, 365 atəş açması, 566 dron hücumu (Lancet, Molniya) və 767 FPV dron hücumu qeydə alınıb.

Lakin raketlər, idarə olunan bombalar və ya “Şahed” tipli PUA-larla heç bir zərbə qeydə alınmayıb.
 

Aprelin 12-si yerli vaxtla səhər saat 7:00-a (Bakı vaxtilə 08:00 –red.) olan məlumata görə, 2299 atəşkəs pozuntusu qeydə alınıb. Xüsusilə, Rusiya ordusunun 28 hücumu, 479 atəş hücumu, 747 dron hücumu (Lancet, Molniya) və 1045 FPV dron hücumu qeydə alınıb. Raketlər, idarə olunan hava bombaları və ya “Şahed” tipli PUA-larla heç bir zərbə olmayıb.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib. Atəşkəs aprelin 11-i saat 16:00-dan (Bakı vaxtı ilə 17:00) aprelin 12-si günün sonunadək qüvvədə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO