İki boş supertanker Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olmağa cəhd göstərib, lakin ABŞ və İran arasında danışıqların başa çatması fonunda son anda marşrutunu dəyişərək geri dönüb.
Bizim.Media xəbər verir ki. bu barədə Bloomberg dəniz nəqliyyatı üzrə monitorinq sistemlərinin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, İranın Larək adası yaxınlığına Hörmüz boğazında bir gün əvvəl üç tanker çatıb. Onlardan ikisi – İraqa yollanan və yunan şirkətinə məxsus tanker, həmçinin Pakistan bayrağı altında BƏƏ istiqamətində hərəkət edən digər gəmi geri dönüb.
Bildirilir ki, gəmilərin marşrutunu dəyişməsi ABŞ və İran nümayəndə heyətlərinin Pakistandakı görüşdə razılığa gələ bilmədiklərinin elan olunduğu vaxta təsadüf edib. Agentliyin qeydinə görə, bu vəziyyət ABŞ, İsrail və İran arasında atəşkəsin taleyini də risk altına qoyub.
Bloombergin məlumatına əsasən, üçüncü tanker isə su hövzəsini keçərək Fars körfəzi istiqamətində hərəkətini davam etdirib. Onun son təyinat məntəqəsi açıqlanmayıb.
Agentlik qeyd edir ki, həmin tanker Haut Brion 8 SA şirkətinə məxsusdur və onu Cənubi Koreyanın Sinokor Maritime operatoru idarə edir. (Mənbə: TASS)
Bizim.Media




































































































