İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanıldı

İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanıldı

Hazırda oxunan: İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanıldı

606619

Türkiyədə İstanbulun Beşiktaş rayonunda davam edən narkotik və fahişəlik istintaqı çərçivəsində polis iki əyləncə məkanına basqın təşkil edib.

Bizim.Media İHA agentliyinə istinadən xəbər verir ki, ümumilikdə həyata keçirilən axtarışlar zamanı çox sayda tanınmış sima gözaltına alınıb.

Narkotik əməliyyatı zamanı sosial media fenomenləri Samet Liçina, Özlem Parlu, Mika Slovana və Elif Karaaslan saxlanılıblar.

İstintaq çərçivəsində aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında da saxlanılma qərarı çıxarılıb. Lakin aparılan araşdırmalar nəticəsində hər iki şəxsin hazırda xaricdə olduğu müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO